Allergiyanın müalicəsində ən təsirli ÜSUL

Allergiyanın müalicəsində ən təsirli  ÜSUL backend

Allergenə xas immunoterapiya allergiyanın müalicəsinin ən təsirli yolu hesab olunur. Lakin, allergenə xas immunoterapiya yalnız insan nəyə reaksiya verdiyini dəqiq bildiyi təqdirdə işləyəcək.

Qaziler.az xəbər verir ki, bu haqda bioloq Ança Baranova “Lenta.ru”ya verdiyi açıqlamada deyib.

“Ən yaxşı seçim allergenə xas immunoterapiyadır. Bir insana allergenin mikroskopik miqdarı, sonra daha çox, daha da çox verilir. Bu, allergiya peyvəndi kimidir. Amma bu, ömürlük deyil, yalnız bir və ya iki mövsüm davam edir. Və mövsüm başlamazdan əvvəl bunu etmək lazımdır”, - deyə Baranova izah edib.

QAZİLER.AZ