Yuxu keyfiyyətini yaxşılaşdıran qida növü açıqlandı

Yuxu keyfiyyətini yaxşılaşdıran qida növü açıqlandı backend

Toyuq zülalı əsaslı qida əlavəsi yuxunun subyektiv keyfiyyətini və gün ərzində özünü hiss etməni yaxşılaşdıra bilər.

Trend xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Araşdırmada ilkin olaraq yuxu keyfiyyəti zəif olan 52 sağlam şəxs iştirak edib.

 

İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüb: bir qrup dörd həftə ərzində gündəlik 670 mq dozada hidroliz olunmuş toyuq zülalı ekstraktı qəbul edib, digər qrup isə plasebo alıb. Plasebo — tərkibində aktiv müalicəvi maddə olmayan, lakin psixoloji təsir nəticəsində xəstədə yaxşılaşma hissi yarada bilən “saxta” preparatdır.

Effektivlik Pitsburq Yuxu Keyfiyyəti İndeksi (PSQI) vasitəsilə qiymətləndirilib; bu indeks həm ümumi yuxu göstəricisini, həm də onun ayrı-ayrı komponentlərini əhatə edir.

Eksperimentin yekunlarına görə, qruplar arasında ümumi yuxu indeksi baxımından əhəmiyyətli fərqlər aşkar edilməyib. Bununla belə, əlavəni qəbul edən iştirakçılarda yuxu keyfiyyətinin subyektiv qiymətləndirilməsi yaxşılaşıb və bu fərq statistik cəhətdən əhəmiyyətli olub. Başqa sözlə, insanlar həqiqətən daha yaxşı yatdıqlarını hiss ediblər.