Çikaqouniversitetinin alimləri səhərlər günəş altında vaxt keçirənlərin digərlərindən daha gümrah və sağlam olduqlarını aşkar ediblər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatda əlli dörd könüllü iştirak edib. Onların hamısına fiziki aktivliklərini qeydə alan elektron cihazlar verilib.
Səhərlərini gəzintiyə sərf edən kişilər və qadınlar, digər iştirakçılarla eyni miqdarda yemələrinə baxmayaraq, artıq çəki ilə mübarizədə daha böyük effekt əldə ediblər.
Alimlərin fikrincə, günün bütün ilk yarısını gəzintiyə həsr etmək vacib deyil.
Təmiz havada qısa 20 dəqiqəlik qaçış kifayət edər.
Yeri gəlmişkən, söhbət xüsusilə açıq havada qaçış və ya təmiz havada gəzməkdən gedirr. Axı günəş işığı çəki itirməkdə mühüm rol oynayır. Qapalı məkanda qaçış trenajoru eyni təsirə malik deyil.
QAZİLER.AZ



