Amin turşuları oynaq sağlamlığını dəstəkləməyə kömək edir.
Qaziler.az xəbər verir ki, bunu nevroloq Pavel Xoroşev “Yamal Media”ya açıqlamasında bildirib. Mütəxəssis vurğulayıb ki, orqanizmdə kifayət qədər amin turşuları olmadıqda oynaqlar elastikliyini itirir.
“Oynaqları əmələ gətirən zülallar quruluşca çox mürəkkəbdir. Onların həcmi böyükdür və milyardlarla amin turşusu ehtiva edir. Kifayət qədər amin turşusu olmadıqda o zaman oynaqlar ən vacib funksiyasını – möhkəm, güclü və elastikliyini itirəcək”, - Xoroşev izah edib.
Nevroloq qeyd edib ki, pəhrizinizə asanlıqla həzm olunan proteinli qidalar daxil etmək vacibdir. Bu, kifayət qədər vacib amin turşusu almağınızı təmin edəcək. O, bu məqsədlə təbii ətə üstünlük verməyi vurğulayıb.
QAZİLER.AZ



