Stress qadınlarda sonsuzluğa səbəb olur

Stress qadınlarda sonsuzluğa səbəb olur backend

Psixosomatoloq və ruhi sağlamlıq üzrə mütəxəssis Yelena Verşinina bildirib ki, narahatlıq və stress qadınlarda sonsuzluğa səbəb ola bilər. Onun sözlərinə görə, partnyorla bağlı şübhələr və tək qalmaq qorxusu hormonal səviyyələrə də təsir edə bilir.

Qaziler.az xəbər verir ki, bu barədə mütəxəssis “NEWS.ru”ya açıqlamasında deyib.

“Sonsuzluğa çox vaxt yalnız tibbi deyil, həm də psixoloji baxımdan yanaşılır. Psixosomatika daxili qorxuların, blokların və şüuraltı münasibətlərin reproduktiv funksiyaya necə təsir edə biləcəyini anlamağa kömək edir. Qadın bədəni sinir və hormonal sistemlərlə sıx bağlıdır. Uzun müddət davam edən narahatlıq, gərginlik və ya təhlükəsizlik hissi hormonal balans, ovulyasiya və hamiləliyə hazırlıqdan məsul olan hipotalamik-hipofiz sistemini poza bilər. Odur ki, daxili təhlükəsizlik hissi əsas amildir”, - Verşinina xəbərdarlıq edib.

O, hamiləliyin bədənin təhlükəsizlik vəziyyətində olmasını tələb etdiyini vurğulayıb. Psixosomatoloqun sözlərinə görə, əgər bir qadın gələcəkdən dərin qorxu, qeyri-sabitlik və ya partnyoruna qarşı inamsızlıq yaşayırsa, bədəni daim gərginlikdə ola bilər və bu da hamilə qalmağı çətinləşdirəcək.

QAZİLER.AZ