Tibb elmləri doktoru Dmitri Yedelev bildirib ki, cinsi hormonlar səbəbindən qadınlar insan üzünü kişilərdən daha yaxşı xatırlayır. O, estrogenin yaddaşa təsir etdiyini vurğulayıb.
“Tədqiqatlar göstərir ki, qadın cinsi hormonu estrogen idrak funksiyalarında mühüm stimullaşdırıcı rol oynayır. Hipokampus və amiqdala kimi beynin üz və hadisə yaddaşından məsul olan bölgələrindəki estrogen reseptorları emosional və sosial məlumatları emal edərkən işçi yaddaşın səmərəliliyini artırır. Həmçinin qadınların menstrual dövrünün fazasından asılı olaraq üzləri xatırlamaq qabiliyyətinə də təsir edir”, - Yedelev izah edib.
Həkim vurğulayıb ki, kişilərdə və qadınlarda uzunmüddətli yaddaşların formalaşmasından məsul olan fərqli genlər ola bilər. Onun sözlərinə görə, gender bərabərliyinin yüksək səviyyədə olduğu ölkələrdə qadınların yaddaş üstünlükləri özünü daha çox göstərir.
QAZİLER.AZ



