Lavanda özünəməxsus qoxusu ilə fərqlənir. Bu bitkinin bir çox faydalı xüsusiyyətləri var.
Qaziler.az xarici mətbuata istinadən bu xüsusiyyətləri təqdim edir.
Lavanda yağ və ya tinktura şəklində, ətirlərdə, dezinfeksiyaedici maddələrdə və ya narahatlığı aradan qaldırmaq üçün istifadə edilə bilər.
Lavandanın istifadəsinə dair bəzi nümunələr:
*Bir neçə damcı lavanda yağını gicgah nahiyəsinə sürtün - bu, baş ağrısını tədricən aradan qaldıracaq.
*Qəbizlikdən əziyyət çəkirsiniz? Lavanda çayı kömək edə bilər. Lavanda yağı mədə-bağırsaq əzələlərini rahatladır və mədə spazmını aradan qaldırır.
*Yağ şəklində olan lavanda yaraların sağalmasına kömək edir və qulaq ağrısını aradan qaldırır.
*Kəpəyi azaldır. Lakin proses olduqca mürəkkəbdir. 15 damcı lavanda tinkturasını iki xörək qaşığı zeytun yağı ilə qarışdırın və qarışığı mikrodalğalı sobada azca qızdırın. Qarışığı nəm saça çəkin. Duş papağı ilə örtün və vəziyyətin ağırlığından asılı olaraq təxminən bir saat saxlayın. Sonra yuyun.
QAZİLER.AZ



