İnsult zamanı ilk tibbi yardım necə olmalıdır? - Həkimin İZAHI

İnsult zamanı ilk tibbi yardım necə olmalıdır? -  Həkimin İZAHI backend

İnsultun ilk əlamətlərində təcili yardım gələnə qədər şəxs uzanmalı və hərəkət məhdudlaşdırılmalıdır.

Qaziler.az-ın məlumatına görə, bunu Piroqov Universitetinin Nevrologiya, Neyrocərrahiyyə və Tibbi Genetika kafedrasının dosenti Marina Şurdumova “Gazeta.Ru”ya açıqlamasında bildirib.

O, həmçinin simptomların başlama vaxtının dəqiq müəyyən edilməsini tövsiyə edib.

“Həmçinin, koordinasiya və hərəkət pozğunluğu onun yıxılmasına və daha çox xəsarət almasına səbəb ola biləcəyi üçün şəxsin fiziki fəaliyyətlə məşğul olmasının, ayağa qalxmasının və ya çevrilməsinin qarşısını almaq lazımdır. Həmin vaxt xəstəyə özbaşına dərman vermək olmaz”, - Şurdumova izah edib ki,

Həkim vurğulayıb ki, aspirasiya zamanı xəstə yan üstə çevrilməlidir. O, həmçinin əlavə edib ki, udqunma aktı pozula biləcəyi üçün su və ya yemək təklif etməkdən çəkinmək lazımdır.

QAZİLER.AZ