Çörəyə qreyfrut qabığının tozunu əlavə etmək antioksidant və qidanın lif tərkibini artırır, bişmiş məhsulların teksturasını yaxşılaşdırır. Bu, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi nəticədir.
Qaziler.az bildirir ki, nəticələr “Scientific Reports” (SciRep) jurnalında dərc edilib.
Təcrübədə alimlər qreyfrut qabığından əldə edilən tozdan istifadə ediblər. Bu tərkib hissəsi təxminən 7% xam lif və çox miqdarda nəm ehtiva edir. Tədqiqatçılar onu xəmirə əlavə edərək hazır çörəyin xüsusiyyətlərini necə dəyişdirdiyini qiymətləndiriblər.
Təhlillər göstərib ki, tozun əlavə edilməsi xəmirin su və yağ saxlama qabiliyyətini yaxşılaşdırıb. Bu, çprəyin strukturuna təsir edib: çörək daha yumuşaq və elastik olub. Bundan əlavə, məhsul qida lifi və antioksidant birləşmələrlə zənginləşdirilib.
QAZİLER.AZ



