Bu cür oturuş onurğanın əyilməsinə səbəb olur

Bu cür oturuş onurğanın əyilməsinə səbəb olur backend

Ayağı ayağın üzərinə aşırmaq çanaq sümüklərinin səhv düzülüşünə səbəb olur.

Qaziler.az xəbər verir ki, bunu osteopat Yelena Sklyar “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, bu tip oturuşla əlaqəli asimmetrik bədən mövqeyi ayaqların qısalmasına və onurğa problemlərinə səbəb ola bilər.

“Hər kəs həyatında ən azı bir dəfə də olsun ayağının digər ayağının üzərinə aşırır. Çoxları üçün bu, sadəcə rahat bir vəziyyətdir, lakin sağlamlıq baxımından əzələ-skelet və damar sistemləri üçün zaman bombasıdır. Bu tip oturuş çanaq sümüklərinin səhv düzülüşünə səbəb olur. Yuxarı ayaq aşağı ayağa basqı edir, bu da çanağın içəriyə doğru fırlanmasına və sakrumun bükülməsinə səbəb olur. Bu, sakrum oynaqlarında tıxanmalar yaradır. Uzun müddət bu cür oturmaq bir ayağın funksional qısalmasına səbəb olur ki, bu da qaçılmaz olaraq onurğa əyriliklərinə gətirib çıxarır”, - Sklyar izah edib.

Onun sözlərinə görə, bu vəziyyət qan damarları üçün də risk yaradır. Mütəxəssis qeyd edib ki, dizin altında və çanaq nahiyəsində əsas arteriyaların sıxılması qan dövranını pozur və xoşagəlməz nəticələrə səbəb olur.

QAZİLER.AZ