Ekran qarşısında vaxtın azaldılması xoşbəxtliyi artıra bilər.
Qaziler.az xəbər verir ki, bu barədə psixoterapevt İrina Kraşkina “Gazeta.Ru”ya verdiyi müsahibədə deyib. O qeyd edib ki, bu yanaşma diqqətin dağılmasının öhdəsindən gəlməyə kömək edə bilər.
Tədqiqatlar göstərir ki, ekran qarşısında vaxtın qısa müddətə azaldılması belə narahatlıq və depressiv simptomları əhəmiyyətli dərəcədə azaldır, yuxunu və ümumi rifahı yaxşılaşdırır. Bir araşdırmada smartfon qarşısında vaxtlarını şüurlu şəkildə təxminən yarıya endirən iştirakçılar orta hesabla 20 dəqiqə daha çox yatıblar və həyatdan daha yüksək səviyyədə məmnun olduqlarını bildiriblər”, - Kraşkina bildirib.
Həkim vurğulayıb ki, sıfır rəqəmsal detoks yenilənmək üçün yaxşı bir seçimdir. O əlavə edib ki, texnologiyaya fasilə vermək də konsentrasiyanı yaxşılaşdırmağa kömək edəcək.
QAZİLER.AZ



