Piylənmədən əziyyət çəkən insanlar arıq insanlardan daha uzun yaşayırlar, çünki stress altında olduqda beyinləri daha çox qida maddələri qəbul edir.
Qaziler.az bildirir ki, bu barədə “The Daily Mail” qəzeti Lübek Universitetinin professoru Petersin araşdırmasına istinadən yazır.
Onun sözlərinə görə, piylənmədən əziyyət çəkən insanlar özünəməxsus maddələr mübadiləsi sayəsində müasir həyatın stresli şərtlərinə daha yaxşı uyğunlaşırlar. Professor 30 ildir ki, bu məsələni araşdırır. O qeyd edir ki, xəstə insanların arıq olmağa meylli olması təsadüfi deyil.
Stresli vəziyyətdə qəfil çəki itkisindən fərqli olaraq, arıqlıq özlüyündə problem deyil.
O, stress keçirdiyiniz zaman digər orqanlardan qida maddələri alan beyninizi dəstəkləmək üçün mütləq yeməyi məsləhət görür.
Piylənmədən əziyyət çəkən insanlarda ölüm riski, cəmiyyətin artıq çəkili insanlara qarşı mənfi münasibətindən qaynaqlanan stresslə də əlaqələndirilir.
QAZİLER.AZ



