Dietoloq ən zərərli konfet növünün adını açıqlayıb

Dietoloq ən zərərli konfet növünün adını açıqlayıb backend

Sağlamlıq problemi olmayanlar belə müəyyən növ konfetlərdən çəkinməlidirlər. O, aif.ru ilə söhbətində ən zərərli konfet növünün adını çəkib.

Qaziler.az bildirir ki, bu barədə Rusiyalı dietoloq Sofiya Kovanova deyib.

Kovanovanın sözlərinə görə, heç kimə fruktoza, sirop, hidrogenləşdirilmiş yağlar və çoxlu miqdarda qatqı maddələri olan konfetlər yemək tövsiyə olunmur. Həkim əmin edib ki, "İnsanın diabet və ya piylənmə olub-olmamasının fərqi yoxdur; bu cür konfetlər heç kimə fayda verməyəcək".

Mütəxəssis həmçinin sadə və təmiz tərkibli məhsullar seçməyi tövsiyə edib. Dietoloqun sözlərinə görə, onların sağlamlığa təsiri daha asan proqnozlaşdırıla biləndir.

QAZİLER.AZ