Nikbin düşünmənin insan sağlamlığına təsiri

Nikbin düşünmənin insan sağlamlığına təsiri backend

Dünyaya nikbin baxış depressiya və narahatlıq pozğunluqlarının qarşısını almağa kömək edir.

Qaziler.az-ın məlumatına görə, bunu psixoterapevt İrina Kraşkina “LIFE.ru”ya bildirib. Mütəxəssis vurğulayıb ki, bu cür insanlar problemləri həll etməyə və kömək üçün müraciət etməyə hazırdırlar.

“Gələcəyə daha pozitiv baxışı olan insanlar daha çox dəstək axtarır, problemləri onlardan qaçmaq əvəzinə həll etməyə çalışırlar və mənfi düşüncələrə qapılmaq ehtimalı daha azdır. Onlarda depressiya, narahatlıq pozğunluqları və intihar düşüncələri riski daha aşağıdır, subyektiv xoşbəxtlik və həyatdan məmnunluq səviyyəsi isə daha yüksəkdir”, - həkim izah edib.

O qeyd edib ki, nikbinlik çətin həyat vəziyyətlərinin inkar edilməsi demək deyil. Lakin davamlı pessimizm isə vərdişlərə təsir göstərir.

“Davamlı pessimizm depressiya riskinin artması, müalicəyə riayətin azalması və sağlam olmayan davranışla əlaqələndirilir. O cümlədən siqaret çəkmək, həddindən artıq yemək və fiziki hərəkətsizlik pessimizmin daha yüksək yayılmasına səbəb olur”, - mütəxəssis əlavə edib.

QAZİLER.AZ