ABŞ-da uşaqlar və yeniyetmələr arasında piylənmə rekord həddə çatıb.
Qaziler.az bildirir ki, bu barədə ABC telekanalı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatlarına istinadən xəbər verir. Qeyd olunub ki, böyüklər arasında piylənmənin artım tempi əksinə azalır.
Hesabatda göstərilir ki, hər beş amerikalı uşaq və yeniyetmədən birindən çoxu artıq çəkidən əziyyət çəkir ki, bu da indiyə qədər qeydə alınan ən yüksək səviyyədir.
2021-ci ilin avqustundan 2023-cü ilin avqustuna qədər aparılan bir araşdırmaya görə, 2 yaşdan 19 yaşa qədər olan uşaq və yeniyetmələrin 21,1%-də artıq çəki aşkar edilib. Belə ki, bu rəqəm 1971-ci ildən 1974-cü ilə qədər aparılan oxşar bir araşdırmada aşkar edilən rəqəmlərdən 5,2% yüksəkdir.
QAZİLER.AZ



