Orqanizmdə kollagenin məhv olmasına səbəb nədir?

Orqanizmdə kollagenin məhv olmasına səbəb nədir? backend

Kosmetoloq, tibb elmləri doktoru Alevtina Ataqişiyeva maqnezium səviyyəsinin aşağı olmasının kollagenin məhvinə səbəb olduğunu vurğulayıb. O, bildirib ki, maqnezium bədəndə zülalın sintezindən məsuldur.

Qaziler.az bildirir ki, bu barədə kosmetoloq "Veçernyaya Moskva"ya müsahibəsində qeyd edib.

“Xəstədə ağır maqnezium çatışmazlığı varsa, bu zaman yüksək miqdarda kollagenin udulması gözlənilmir. Maqnezium zülal sintezi üçün kofaktordur. Kifayət qədər olmadıqda, digər qida maddələrinin olması halında belə, kollagen sintezi pozulur”, deyə Ataqişiyeva izah edib.

Kosmetoloq qeyd edib ki, yüksək keyfiyyətli kollagen məhsullarında maqnezium sitrat, C vitamini və Q10 turşusu (Yantarnaya kislota – Kəhrəba turşusu) olmalıdır. O, insanları məhsul seçməzdən əvvəl tərkibini həmişə diqqətlə oxumağa çağırıb.

QAZİLER.AZ