Niyə əllərimiz quruyur?

Niyə əllərimiz quruyur? backend

Moskva Dövlət Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının dosenti İrina Volgina bildirib ki, diabet və vitamin çatışmazlığı dərinin qurumasına səbəb olur.

Qaziler.az xəbər verir ki, “Lenta.ru”ya açıqlamasında həkim qeyd edib ki, dərinin belə bir reaksiyası həyat tərzi amillərindən də qaynaqlana bilər.

“Daxili səbəblərə, ilk növbədə, vitamin və mineral çatışmazlığı olan pis qidalanma, həmçinin təmizlənmiş karbohidratlar və trans yağların həddindən artıq olması daxildir. Kifayət qədər suyun içilməməsi də bura aiddir”, - deyə həkim bildirib.

Həkimin sözlərinə görə, quru dəriyə atopik dermatit, ekzema, psoriaz və tiroid xəstəliyi kimi xəstəliklər də səbəb ola bilər. O vurğulayıb ki, belə bir reaksiya diuretiklər və retinoidlər qəbul etməklə də yarana bilər.

QAZİLER.AZ