Fransa və Yaponiyadan olan tədqiqatçılar adi soğanın bədəni təkcə yoluxucu xəstəliklərdən deyil, həm də qocalmadan qoruya biləcəyini aşkar ediblər. Bu tərəvəz beyin hüceyrələrini təmizləyir və cavanlaşdırır, bütün bədənə fayda verir.
Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, tədqiqat nəticəsində məlum olub ki, soğanda olan aktiv kükürd birləşmələri qan dövranına daxil olduqda beyin hüceyrələrini təmizləyə bilir. Nəticədə beyin cavanlaşır və nəticədə intellektual qabiliyyətlər yaxşılaşır. Xüsusilə yaddaş və emosional fəaliyyət əhəmiyyətli dərəcədə artır.
Xatırladaq ki, alimlər əvvəllər soğanın faydalı xüsusiyyətlərini araşdırmış, çoxsaylı təcrübələr aparmış və bu məhsulun istehlakının süd vəzisi xərçənginin inkişafının qarşısını almağa kömək edə biləcəyini aşkar etmişdilər.
QAZİLER.AZ



