“Allergiyası olan insanlara və dörd yaşdan kiçik uşaqlara xurma yemək tövsiyə olunmur. Birinci halda, bu məhsul çarpaz allergik reaksiyaya səbəb ola bilər, ikinci halda isə bağırsaq tıxanmasına gətirib çıxarar.
Qaziler.az bildirir ki, bu barədə qastroenteroloq Svetlana Kanevskaya “Championat”a verdiyi açıqlamada deyib.
“Kəskin mədə-bağırsaq xəstəlikləri olan insanlar xüsusi diqqətli olmalıdırlar. Xurma yemək şiddətli qarın ağrısına, qıcolmalara və bağırsaqlarda hərəkətliliyin pozulmasına, hətta sərt düyünlərin əmələ gəlməsinə səbəb ola bilər. Sonuncu hal bağırsaqdan cərrahi yolla çıxarılmanı tələb edə bilər”, - Kanevskaya xəbərdarlıq edib.
Həkim mədə xorası, qastrit, kəskin kolit və enterit olan insanlara xurma yeməməyi tövsiyə edib. Yenicə mədə və ya bağırsaq əməliyyatı keçirmiş xəstələr də bu meyvədən çəkinməlidirlər. Həmçinin şiddətli və tez-tez baş verən qəbizlik, xroniki hemoroidin kəskinləşməsi və yavaş bağırsaq hərəkətliliyi də əks göstərişlərə daxildir.
QAZİLER.AZ



