Süni intellektlə ünsiyyət ruhi pozğunluqlara səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bunu psixiatr, fəlsəfə doktoru Yevgeni Fomin “Readovka.news”a bildirib.
O, pasiyentlərin "süni intellekt psixozu" səbəbindən daha tez-tez kömək istəməyə başladığını qeyd edib.
Psixiatr bildirib ki, bu cür pozğunluqları olan insanlar neyron şəbəkələrin zehnləri oxuya biləcəyinə və rəqəmsal mühitin tam nəzarət sisteminin bir hissəsi olduğuna inanırlar. Fomin bu diaqnozun texnologiyadan aktiv istifadə edən 18-30 yaşlı xəstələr üçün tipik olduğunu vurğulayıb.
O, qeyd edib ki, risk qrupuna yüksək narahatlıq keçirən və sosial təcridə üstünlük verənlər daxildir. Psixiatra görə, vəziyyət gələcəkdə daha da pisləşə bilər.
QAZİLER.AZ



