Əgər uzun müddət kompüterdə işləyirsinizsə, bəzən yorğunluq, əsəbilik və baş ağrıları ilə qarşılaşa bilərsiniz. Bu simptomlar monitora davamlı baxarkən ortaya çıxır.
Qaziler.az xarici mətbuata istinadən vaxtının çoxunu kompyuter qarşısında keçirənlərin göz yorğunluğunu azalda biləcək tövsiyələri təqdim edir:
Kiçik şriftlərlə işləyərkən yarana biləcək göz yorğunluğunun qarşısını almaq üçün mətni böyüdün. Çox vaxt göz qırpmağı unutmaq quru göz sindromuna səbəb olur.
Daha tez-tez göz qırpın və özünüzü daha yaxşı hiss edəcəksiniz. Yeri gəlmişkən, bunu 20-20-20 qaydasına əməl etməklə edə bilərsiniz.
Hər 20 dəqiqədən bir 20 dəfə göz qırpın, 20 saniyə monitordan uzaqlaşın və 20 fut (təxminən 6 metr) məsafədəki bir obyektə diqqət yetirin.
Bu tövsiyələrə əlavə olaraq, ekranda əks olunmamaq üçün parlaqlığı tənzimləməyi və qoruyucu eynək taxmağı unutmayın.
Gözlərinizə qulluq edin, çünki onlar, dərinizdən fərqli olaraq, bərpa olunmur.
QAZİLER.AZ



