Panik atak, qıcolma, narahatlıq hissi... - Tanış gəlirsə, səbəbi maqnezium çatışmazlığıdır

Panik atak, qıcolma, narahatlıq hissi... - Tanış gəlirsə, səbəbi  maqnezium çatışmazlığıdır backend

Nevroloq Yelena Miroşnik bildirib ki, narahatlıq, panik ataklar, xroniki yorğunluq və artan qıcıqlanma maqnezium çatışmazlığını göstərə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə nevroloq "Veçerney Moskve" nəşrə verdiyi açıqlamada danışıb. Hipomaqnezemiya adlanan bu narahatlıq yuxu problemləri, baş ağrıları, diqqətin azalması və yaddaş pozğunluğuna səbəb ola bilər.

“Uzunmüddətli və ağır maqnezium çatışmazlığı zamanı ümumi zəiflik, ürəkbulanma və iştahsızlıq, eləcə də kalsiumun udulmasının pozulması səbəbindən osteoporoz riskinin artması müşahidə edilə bilər. Qadınlar tez-tez aybaşı öncəsi sindromun simptomlarının artması halları ilə qarşılaşırlar”, - Miroşnik xəbərdarlıq edib.

Hipomaqnezemiyanın xəbərdarlıq əlamətlərinə ürək döyüntüsünün və qan təzyiqinin artması daxil ola bilər. Qıcolmalar, spazmlar və qeyri-iradi tiklər də narahatlıq doğurur. Həkim qeyd edib ki, simptomların olmasına baxmayaraq, maqnezium çatışmazlığı uzun müddət diqqətdən kənarda qala bilər.

QAZİLER.AZ