“Nipah virusuna qarşı peyvənd hazırlamaq hələlik iqtisadi cəhətdən mümkün deyil, çünki dünyada bu patogenə yoluxanların sayı azdır”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi, akademik Pyotr Çumakov RİA “Novosti”yə verdiyi açıqlamada səsləndirib.
O, qeyd edib ki, real təhlükə yaranarsa, peyvəndi tez bir zamanda istehsal etmək mümkün olacaq. Alim əlavə edib ki, Nipahın pandemiyaya səbəb olması ehtimalı azdır.
“Onların (peyvəndlərin) bu gün Nipah virusuna qarşı əlçatan olmaması ilə deyil, iqtisadi və epidemioloji faydaların olmaması ilə izah olunur. Çünki yoluxan insanların sayı çox azdır”, - Çumakov deyib.
QAZİLER.AZ



