Qrip zamanı başı buxara vermək risklidir - Həkimdən xəbərdarlıq

Qrip zamanı başı buxara vermək risklidir - Həkimdən xəbərdarlıq backend

Kəskin respirator virus infeksiyası zamanı kartoflu buxar vannası ilə nəfəs alma selikli qişanın şişkinliyini artıra və ya selikli qişanın yanıqlarına səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə terapevt İvan Yeremenko "Podmoskovye seqodnya" onlayn nəşrinə verdiyi açıqlamada deyib.

Bundan başqa, xalq təbabətinin bu metodu obstruktiv vəziyyətlər səbəbindən tənəffüs problemlərinə səbəb ola bilər.

“Bu, xüsusilə uşaqlarda selikli qişanın və tənəffüs yollarının yanıq riskini artırır. Bundan əlavə, isti buxar selikli qişanın şişkinliyini artıra və obstruktiv vəziyyətlər zamanı nəfəs almağı çətinləşdirə bilər”, - Yeremenko qeyd edib.

O qeyd edib ki, bu təcrübə yalnız tənəffüs yollarında nəmləndirici təsir yaradır. Lakin, əslində buxarın temperaturu çox vaxt təhlükəsiz hədləri aşır. Həkim müalicəni yalnız mütəxəssislərin nəzarəti altında aparmağı tövsiyə edib.

QAZİLER.AZ