Sağlam olmaq üçün sağlam qidalanmaq lazımdır. Aktiv həyat tərzi və hər hansı bir həddindən artıq qidalanmadan çəkinməklə yanaşı, sağlam qidalanma bədənin normal fəaliyyətinə, əzələ tonusunun qorunmasına və yaxşı fiziki və zehni sağlamlığın qorunmasına əhəmiyyətli dərəcədə töhfə verir.
Qaziler.az xarici mətbuata istinadən alman diyetoloqları tərəfindən tərtib edilmiş qaraciyər üçün faydalı qidaların siyahısını təqdim edir:
Ənginar - regenerativ zülallar ehtiva edir, fol turşusu və antioksidantlar isə qaraciyər xəstəliklərinin qarşısını alır.
Turp şirəsi - öd ifrazını stimullaşdırır.
Gül kələmi - qaraciyər funksiyasını yaxşılaşdırmağa kömək edir.
Maya - B vitamininin vacib mənbəyidir və qaraciyəri təmizləyir.
Zəncirotu - qaraciyər funksiyasını stimullaşdırır və xolesterolu aşağı salır.
Süd - qaraciyəri ümumi xəstəliklərdən qoruyur.
Nanə - nanə efir yağları öd ifrazını stimullaşdırır və spazmları sakitləşdirir.
Dovşan əti - qaraciyəri yağsızlaşdırır.
Mal əti və dana əti - dəmir, protein və B vitamini ehtiva edir.
QAZİLER.AZ



