Ölkədə qrip virusunun yayılmasında artım var - RƏSMİ

Ölkədə qrip virusunun yayılmasında artım var - RƏSMİ backend

Azərbaycanda hazırda qrip virusunun yayılmasında artım müşahidə olunur.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir:

"Qripdən ən gözəl müdafiə üsulu peyvənd olunmaqdır. Hazırda TƏBİB tabeli tibb müəssisələrində qriplə əlaqəli müraciətlər çoxdur. Amma onu da xüsusi vurğulamaq lazımdır ki, xəstəxanalarımızda bu günə qədər qrip səbəbindən səhhəti ağırlaşan pasiyent olmayıb".