Qida texnoloqu Olqa Kozıreva bildirib ki, mağazadan alınan şaurma, bəzi fikirlərin əksinə olaraq, digər “fast food”lardan daha sağlam deyil.
Qaziler.az xəbər verir ki, bu barədə o, “Veçernaya Moskva” nəşrinə müsahibəsində deyib.
O, xatırladıb ki, bu yeməkdə olan yağlı ət mədəaltı vəzi və qaraciyəri ciddi şəkildə yükləyir. Klassik lavaş çörəyi yemək, öz növbəsində, qan şəkərinin səviyyəsinin artmasına səbəb olur.
“Ağ undan lavaş, mayonez əsaslı sousdan və uzun müddət istilik effektinə məruz qalmış ətdən hazırlanmış şaurma: bütün bunlar sağlam qidalanma elementi kimi şaurmanın xeyrinə çıxış etmir. Bundan əlavə, tərəvəzlərin nə qədər yaxşı yuyulduğu məlum deyil, bu isə orqanizmə mikrob və kif keçmə riski deməkdir”, - Kozıreva xəbərdarlıq edib.
O, əlavə etdi ki, mağazadan alınan şaurma sousunda çox vaxt çoxlu miqdarda yağ, o cümlədən trans yağlar olur. Mütəxəssis insanları evdə hazırlanmış şaurmaya üstünlük verməyə, onu yüksək keyfiyyətli və təzə inqrediyentlərdən hazırlamağa çağırıb.
QAZİLER.AZ



