Yer kürəsində maqnit fırtınası başlayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Yüksək enliklərdə geomaqnit sahəsində narahatlıq qeydə alınıb və Yer kürəsində günortadan sonra maqnit fırtınası başlayıb. Hazırda zəif G1 səviyyəsindədir", - İnstitut nümayəndəsi deyib.
Bundan əlavə, yanvarın 17-də Günəşdə partlayışın aktivliyi aşağıdan orta səviyyəyə qədər dəyişəcəyi, proton partlayışları da daxil olmaqla güclü X sinif partlayışlarının da baş verə biləcəyi proqnozlaşdırılır.
QAZİLER.AZ



