Geyim rəfinizi təbii vasitələrlə ətirləndirin - Sadə üsullar

Geyim rəfinizi təbii vasitələrlə ətirləndirin - Sadə üsullar backend

Sevimli sviter və köynəklərinizdəki xüsusi "şkaf" qoxusundan bezmisiniz? Kimyəvi spreylər almağa tələsməyin. Bu qoxunun səbəbi sadədir.

Belə ki, rəfləri nəm dəsmalla təmizləyən zaman şkafı havalandırmağı, qurumasını gözləməyi unuduruq. Əvvəlcə rəfləri yaxşıca silin, qurumağa qoyun və yalnız sonra xüsusi qoxulardan istifadə edin. Həmin qoxuları marketdən almadan, evdə də hazırlaya bilərsiniz. Bunun üçün siz mətbəxdə və ya vanna otağında olan əşyalardan istifadə etmə kifayət edəcək.

Ən asan və ucuz yol sadə, ətirli hamam sabunlarından istifadə etməkdir. Sadəcə bir sabunu bir neçə hissəyə bölüb rəflərə, paltarların arasına yerləşdirmək lazımdır. Sabun aylarla ətrafı gözə çarpmayan şəkildə ətirləndirəcək.

Digər ən güclü vasitə mixək ədviyyatıdır. Rəflərin küncünə bir neçə ədəd qoyun və ya ətirli yastıqlar düzəldin. Həmçinin pambıq disklərə bir damcı mixəyin efir yağını əlavə edib rəfdə yerləşdirə bilərsiniz. Bu, güvəyə qarşı da əla vasitədir.

Bundan başqa, rahat və təravətli bir atmosfer üçün kiçik kətan paketlər tikin və onları qurudulmuş portağal qabıqları, darçın çubuğu, bir neçə vanil qabığı və bir çimdik qurudulmuş lavanda ilə doldurun. Daha ətirli olması üçün bir neçə damcı sevdiyiniz efir yağını da əlavə edə bilərsiniz. Bu paketləri askılara asmaq və ya toplanmış paltarların arasına qoymaq olar. Onlar qarderobunuzu isti, təbii və çox uzunmüddətli bir qoxu ilə dolduracaq.

QAZİLER.AZ