Yüksək xolesterolun xarici əlamətləri müəyyən edilib

Yüksək xolesterolun xarici əlamətləri müəyyən edilib backend

Oftalmoloq Qoziyev: Buynuzlu qişada ağ halqa yüksək xolesterolu göstərir.

Göz müayinəsi yüksək şəkər və xolesterol səviyyəsi kimi ciddi sağlamlıq problemlərinin əlamətlərini aşkar edə bilər.

Qaziler.az bildirir ki, bu barədə oftalmoloq Sino Qoziyev Gazeta.Ru-ya verdiyi müsahibədə deyib.

Qoziyevin sözlərinə görə, diabet ilk simptomlar və qan analizlərində dəyişikliklər görünməzdən əvvəl də aşkar edilə bilər. O, retinanın qan damarlarında dəyişikliklərin bu xəstəliyi göstərdiyini izah etdi. Bu vəziyyət diabetik retinopatiya adlanır. Bunu oftalmoloq müayinəsi zamanı aşkar etmək olar.

Həkim əlavə etdi ki, yüksək xolesterolu bəzən gözlərə baxmaqla müəyyən etmək olar.

O, belə bir xarici əlaməti buynuzlu qişanın kənarındakı ağ halqa və ya damarlardakı yağlı çöküntülər göstərib.

"Göz iltihabı revmatoid artrit, lupus, Şeqren sindromu və digər immun sistemi xəstəliklərinin ilk əlaməti ola bilər", - Qoziyev xəbərdarlıq edib.

Həkim əlavə edib ki, gözlərdəki qan damarları yüksək təzyiq və müəyyən endokrin xəstəliklərin təsiri altında da dəyişə bilər.

QAZİLER.AZ