Saat 18:00-dan sonra yemək qadağası köhnəlib.
Qaziler.az xəbər verir ki, bunu dietoloq Tatyana Zaletova “KP.RU”ya bildirib. O qeyd edib ki, bu qayda yalnız müəyyən qidalanma rejimi olan insanlara aiddir.
“Qısacası, bu qayda universal deyil və bir qədər köhnəlib. Bu, kimlər üçün işləyə bilər? Daha çox ehtimal ki, bu, saat 22:00 radələrində yatmağa gedən klassik "qarğa" rejimi olan insanlara aiddir”, - Zaletova izah edib.
Dietoloq vurğulayıb ki, axşam vaxtı uzun müddət ac qalmaq yuxunu poza bilər və ertəsi gün qan şəkərində dalğalanmalara səbəb ola bilər. Onun sözlərinə görə, gec saatlarda olsa belə şam yeməyini yeməyi buraxmamaq lazımdır, amma yemək balanslı olmalıdır.
QAZİLER.AZ



