Daim boynu ağrıyanalara xəbərdarlıq: ürək və beyin təhlükədədir

Daim boynu ağrıyanalara xəbərdarlıq:  ürək və beyin təhlükədədir backend

“Servikal onurğada C4 və C5 sinir köklərinin sıxılması ürək tutması simptomları ilə müşayiət oluna bilər. Onurğa arteriyalarının sıxılması da oksigen çatışmazlığına səbəb ola bilər”.

Qaziler.az xəbər verir ki, bunları Piroqov Universitetinin dosenti Yaroslav Qurin “Gazeta.Ru”ya verdiyi açıqlamada deyib.

“Sinir köklərinin sıxılması və ya radikulyar sindrom ağrı, uyuşma, qollarda zəiflik və sancı hissi yaradır. Qeyd etmək vacibdir ki, C4-C5 diapazonunda sıxılmış sinir kökləri ürək tutmasını (kardialgiya) təqlid edə bilər”, - Qurin izah edib.

Həkim qeyd edib ki, xroniki işemiya miqren, başgicəllənmə, yaddaş itkisi və qıcıqlanmaya səbəb ola bilər. Onun sözlərinə görə, servikal onurğa strateji yol ayrıcıdır və bədəndəki bir çox prosesdən məsuldur.

QAZİLER.AZ