“Kiçik fiziki aktivlik belə xəstəliyi bir neçə gün uzadır”.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vladimir Çulanov “aif.ru”ya verdiyi açıqlamada bildirib. O, qeyd edib ki, orqanizmin infeksiya ilə mübarizə aparmaq üçün gücə ehtiyacı var.
Çulanov qeyd edib ki, mövcud xroniki vəziyyətlər kəskin respirator virus infeksiyası zamanı da pisləşə bilər. Yoluxucu xəstəliklər üzrə mütəxəssisin sözlərinə görə, xəstəlik zamanı fiziki aktivlik bir sıra ağırlaşmalara səbəb olur.
O, ilk üç gün yataq rejimini tövsiyə edib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis həmçinin otağın yaxşı havalandırılmasını, rütubət səviyyəsinin 40-60% arasında olmasını məsləhət bilib.
QAZİLER.AZ



