Zəncəfil çayı soyuqdəymə üçün ən yaxşı vasitədir

Zəncəfil çayı soyuqdəymə üçün ən yaxşı vasitədir backend

Bütün xəstəliklərin ən yaxşı müalicəsi olan zəncəfil Hindistanda 2000 ildən çoxdur ki, tanınır. Xüsusilə soyuqdəymə əleyhinə xüsusiyyətləri ilə məşhurdur. Mütəmadi olaraq zəncəfil çayı içmək, hətta epidemiya dövründə belə xəstələnməyinizin qarşısını alacaq ki, bu da indi xüsusilə vacibdir. Lakin soyuqdəymə keçirsəniz, gündə 3-4 stəkan için və sağalma təmin olunacaq.

Qaziler.az xarici mətbuata istinadən zəncəfildən hazırlanmış, soyuqdəymənin "qənimi" olan çayı təqdim edir:

Təzə zəncəfil kökünü götürün - 1 stəkan çay üçün təxminən 1,5 sm lazımdır - soyun və xırda doğrayın. 300 ml qaynar suya qoyun, bir çimdik darçın və bir çimdik biyan kökü əlavə edin (istənilən aptekdə mövcuddur) və vam odda 10 dəqiqə qaynadın. Biyan çayı şirin edir, ona görə də şəkər əlavə etməyə ehtiyac yoxdur.

Kök əvəzinə üyüdülmüş zəncəfildən istifadə edə bilərsiniz, lakin daha az istifadə edin, çünki daha kəskindir. Hazır içkiyə bir dilim limon da əlavə edə bilərsiniz.

Çox ədviyyatlı hesab edirsinizsə, zəncəfilin miqdarını azaldın və ya daha az vaxt qaynadın.

Sağlam qalın və ləzzətli, ətirli zəncəfil çayından həzz alın!

QAZİLER.AZ