"Donuz əti yemək yoluxucu xəstəliklərin inkişafına və ya parazitlərin yayılmasına səbəb ola bilər".
Qaziler.az xəbər verir ki, bunu rusiyalı terapevt və tibb elmləri doktoru Andrey Kondraxin “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, ətin bu növü bioloji xüsusiyyətlərinə görə insan sağlamlığı üçün ciddi risk yaradır.
“Donuz əti insan istehlakı üçün yaxşı məhsul deyil. Bəzi tədqiqatlar göstərir ki, bu ətin yeməyi genoma mənfi təsir göstərir. Donuz əti daha tez xarab olur və bu da onu infeksiyanın ümumi mənbəyinə çevirir. Donuz əti həmçinin allergik reaksiyalara səbəb ola bilər: məhsul təhlükəlidir, çünki bəzi insanlar onu həzm edə bilmirlər. Bundan əlavə, donuz ətində müxtəlif parazitlərin olması ehtimalı çox yüksəkdir. Bu, donuzların qida seçimlərində və harada saxlanıldıqları, gəzdikləri ilə əlaqədardır. Onlar öz növlərini də yeyə bilirlər və tez-tez donuz qripi kimi xəstəliklərin daşıyıcısına çevrilirlər”, - deyə Kondraxin xəbərdarlıq edib.
QAZİLER.AZ



