Onkoloq qadağan olunmuş qidaların siyahısını dərc edib

Onkoloq qadağan olunmuş qidaların siyahısını dərc edib backend

Onkoloq İvaşkov kolbasa və sosislərdən yaranan xərçəng riski barədə xəbərdarlıq edib.

Onkoloq Vladimir İvaşkov insanları supermarketlərdə müəyyən qidaları almaqdan çəkinməyə çağırıb, çünki onlar xərçəng riskini artırır.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, Telegram kanalında qadağan olunmuş qidaların siyahısını dərc etdi.

İvaşkov kolbasa, sosislər, "sardelka", bekon, vetçina, müxtəlif hisə verilmiş ətlər, qurudulmuş və konservləşdirilmiş ətlər, hazır səhər yeməyi, dondurulmuş pizza, nagets, uzun tərkibli souslar, istənilən spirtli içki, çips, kruton və qatqılı qəlyanaltılardan çəkinməyi tövsiyə etdi.

Həkimin sözlərinə görə, bütün bu qidalar xərçəng riskini artırır.

Onkoloq müəyyən qidaları çox nadir hallarda almağı tövsiyə edib. İvaşkov bunların arasında spirtsiz şərab, mal əti, donuz əti, dana əti, bitki mənşəli süd, şirin qatıqlar və kəsmik də var.

Nəhayət, həkim əlavə edib ki, ərzaq səbətinə tərəvəz, meyvə, giləmeyvə, dənli bitkilər,taxıl çörəyi, qəhvə, çay, yağlı balıq, quş əti, dəniz məhsulları, tofu, kefir və kəsmik daxil etmək olar.

QAZİLER.AZ