Hər gün tum çırtlamaq dişləri korlayır

Hər gün tum çırtlamaq dişləri korlayır backend

Diş həkimi Anastasiya Çernoşey bildirib ki, günəbaxan toxumlarını çırtlamaq vərdişi diş minasının qırılmasına, diş ətlərinin zədələnməsinə və sonradan iltihaba səbəb ola bilər. Bu vərdiş xüsusilə dişində plomb, taxma diş və vinir olan insanlar üçün təhlükəlidir.

Qaziler.az bildirir ki, bunu diş həkimi “Gazeta.Ru”ya müsahibəsində deyib.

“Günəbaxan toxumlarını müntəzəm olaraq çırtlamaq diş minasının qırılma riskini artırır. Dişin mina qatı çeynəməyə davamlıdır, lakin sərt əşyaların dəqiq təzyiqinə qarşı yox. Dişləmə zamanı təzyiq kəsici kənarın kiçik bir hissəsində cəmləşir ki, bu da tədricən mikro çatlara və nəticədə dişin kəsici kənarında qüsura səbəb olur”, - Çernoşey xəbərdarlıq edib.

Bu, sonradan dentinə təsir göstərə və diş həssaslığının artmasına səbəb ola bilər. Bundan əlavə, həkim qeyd edib ki, toxumları çırtlamaq vərdişi səbəbindən plomblar çox vaxt tökülür və taclarda çatlar əmələ gəlir.

QAZİLER.AZ