Şaxtalı havada içki içmək qadağandır, çünki sərxoş şəxs donma əlamətlərini idarə edə bilməyəcək həddə olur.
Qaziler.az bildirir ki, bu barədə “FederalPress” yazır.
Mütəxəssislər qeyd ediblər ki, spirtli içki yalnız müvəqqəti olaraq qan damarlarını genişləndirir.
Spirtli içki qəbul edən şəxs donma əlamətlərinə diqqət yetirə bilməz. Şaxtalı havada siqaret çəkmək də tövsiyə edilmir, çünki nikotin ətraflarda, xüsusən də ayaqlarda periferik qan damarlarının 40%-ə qədər daralmasına səbəb olur”, - cərrah Vladimir Soskovetsin izah edib.
Cərrah qeyd edib ki, donma varsa, dərinizi yağ və ya spirtlə ovuşdurmamalı, ətraflarınızı isti suya salmamalısınız. Mütəxəssislər həmçinin soyuq havada qat-qat geyinməyi və düzgün ayaqqabı seçməyi məsləhət görüblər.
QAZİLER.AZ



