Emal olunmuş ətdə artıq duz, doymuş yağlar, nitratlar və dad gücləndiriciləri var ki, bu da onu orqanizm üçün zərərli edir.
Qaziler.az xəbər ki, bunu qastroenteroloq Yevgeniya Melnikova “Lenta.ru”ya bildirib. Xüsusilə təhlükəli olan yağlı ətlər, məsələn, hisdə qurudulmuş kolbasa və ya sosislərin 100 qramında 600 kkal-yə qədər enerji var.
Melnikova izah edib ki, bu cür məhsulların tez-tez istehlakı lipid mübadiləsi pozğunluqları səbəbindən piylənmə, 2-ci tip diabet, hipertoniya və ateroskleroz riskini artırır. Bundan əlavə, artıq duz osteoporozun inkişafına, kalsium və fosforun udulmasında problemlərə səbəb olur.
QAZİLER.AZ



