Artıq zülal böyrəklərdə ciddi problemlər yaradır

Artıq zülal böyrəklərdə ciddi problemlər yaradır backend

“Artıq zülal insan orqanizmində böyrək hiperfiltrasiyasına səbəb ola bilər”.

Qaziler.az xəbər verir ki, bunu nefroloq və dietoloq Anna Korobkina “Pravda.Ru”ya verdiyi açıqlamada deyib.

O, böyrək xəstəliyinin erkən mərhələlərdə asemptomatik ola biləcəyini qeyd edib.

“Böyrəklər sakit və səssiz orqan adlanır. Onlar kəskin pielonefrit və ya urolitiyaz kontekstində deyil, xroniki böyrək çatışmazlığı kontekstində aşkar simptomlara səbəb olmadan illər ərzində funksiyalarını itirə bilərlər”, - Krobkina izah edib.

Həkim müntəzəm olaraq əsas müayinələrdən keçməyi tövsiyə edib. O, qeyd edib ki, ilk simptomlar görünməzdən əvvəl xeyli sayda problem həll edilə bilər.

QAZİLER.AZ