“Özünə sevgini inkişaf etdirmək üçün uşaqlıqda əksikliyini hiss etdiyiniz etibarlı yetişkin olmaq lazımdır”.
Qaziler.az xəbər verir ki, bu fikirləri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Liliya Abdullina “FederalPress”ə bildirib.
O, "özünü sev" mücərrəd fikrin daha gerçək səviyyəyə keçirməyin vacib olduğuna inanır.
Beyin abstraksiyaları başa düşmür. "Özünü sev" əmri beyində yüklənmə yaradır. Siz ilk olaraq sahib olduğunuz şeylərə diqqət yetirməkdən başlayın. Təcrübənizdən istifadə edin. Özünüzü tənqid edərkən bir sual verin: "Hazırda bədənimdə nə hiss edirəm?" (mədəm bulanır, yumruqlar sıxılır, gözlər solğunlaşır). Mühakimə etməyin, sadəcə diqqət yetirin”, - Abdullina izah edib.
O, hər dəfə özünüzə xoşagəlməz bir şey deməzdən əvvəl düşünməyi məsləhət görüb və bildirib ki, eyni şeyi dostunuza və ya uşağınıza deyə bilərsinizmi?
QAZİLER.AZ



