Qan təzyiqinin müalicəsi - XALQ TƏBABƏTİNİN İZİ İLƏ

Qan təzyiqinin müalicəsi - XALQ TƏBABƏTİNİN İZİ İLƏ backend

Qədim dövrlərdən bu günə kimi xəstəliklər zamanı təbii vasitələrdən, xalq təbabətindən istifadə olunub.

Hətta bir çox insanlar indi də kimyəvi pereparatlardan daha çox xalq təbabətindən istifadəyə daha çox önəm verirlər.

Qədim Şərq təbabətinə əsaslanaraq müasir dövrdə insanların daha çox əziyyət çəkdikləri qan təzyiqi zamanı istifadə oluna biləcək təbii vasitələr haqda məlumat veririk:

Bu xəstəlik zamanı pəhriz məqsədilə arpa unundan bişirilmiş yeməklər, o cümlədən əriştə və ya umac hazırlayıb turşularla yemək məsləhətdir.

Turşməzə alma şirəsini şəkərsiz qatışdırıb içmək faydalıdır. Bu baxımdan albalı meyvəsi və ya şirəsi də diqqətəlayiqdir. O, qan və öd şiddətini, susuzluğu yatırır.
Qırxbuğumun qırmızımtıl rəngə çalan dişi növü də qan təzyiqini sakitləşdirir. Pərpələng isə qan təzyiqini və öd şiddətini yatırır.

İnnab qan təzyiqini sakitləşdirməklə yanaşı onu təmizləyir və təmiz qan yaradır.
Zirinc meyvəsi və sıxılıb sonra od üzərində qatılaşmış şirəsi qan təzyiqini sakitləşdirməklə susuzluq, mədə hərarəti və iştaha üçün faydalıdır. Öz müalicəvi xüsusiyyətinə görə qarağat zirinci asanlıqla əvəz edə bilər. Bu baxımdan yemişan da yaxşı təsir göstərir.

Əzgil isə öz təsirinə görə yemişana yaxındır.

Kahı duru və təmiz qan yaratmaqla bərabər qan təzyiqi və öd şiddətini yatırır.
Balqabaq turşusu qan təzyiqi və ödü sakitləşdirir.

Qora qanın hərarət və təzyiqini sakitləşdirir.

Müalicəvi-profilaktik əhəmiyyəti olan vasitələrdən biri də təzə, yağı tam yığılmamış ayrandır. O, susuzluğu və qan təzyiqini sakitləşdirməklə yanaşı iştahanı açır. Qurut da qan təzyiqini və ödü sakitləşdirir.
Diaspora