“Uşaq qalıq öskürək və burun axıntısı ilə məktəbə göndərilə bilər”.
Qaziler.az xəbər verir ki, bunu pediatr Alena Serqeyeva “KP.RU”ya bildirib.
O qeyd edib ki, qalıq simptomlar üç həftəyə qədər davam edə bilər.
“Əgər uşaq özünü yaxşı hiss edirsə və başqaları üçün maksimum yoluxuculuq dövrü keçibsə, onda onu qalıq simptomlarla məktəbə göndərmək təhlükəsizdir”, - Serqeyeva izah edib.
Pediatr onu da bildirib ki, uşaqlar ilk simptomlar görünməzdən təxminən üç gün əvvəl və təxminən üç gün sonra başqaları üçün yoluxucu olurlar. O əlavə edib ki, ən vacib şey uşağın sağlamlığına nəzarət etməkdir.
QAZİLER.AZ



