Uşaq Yuxusu və İnkişafı Mərkəzinin direktoru və təsisçisi, Beynəlxalq Peşəkar Yuxu Məsləhətçiləri Assosiasiyasının (APSC) üzvü Yelena Muradova bildirib ki, uşaqlar yatmazdan əvvəl yorğun olmamalıdırlar, çünki onlar həddindən artıq oyanıq ola bilərlər.
Qaziler.az xəbər verir ki, bu haqda o, KP.RU-ya danışıb.
O qeyd edib ki, sinir gərginliyi yuxunun keyfiyyətini və miqdarını azalda bilər.
“Sinir sistemi nə qədər çox oyanıq olarsa, uşağı yatırmaq bir o qədər çətin olacaq. Lakin onlar yuxuya getsələr belə, sinir gərginliyi onların çox tez oyanmasına səbəb ola bilər. Qısa gündüz yuxuları axşamlar yorğunluğa səbəb olur. Bu da gecə yuxusuna mənfi təsir edir”, - Muradova deyib.
Ekspert qeyd edib ki, yatmazdan əvvəl sakit bir atmosfer yaratmaq daha yaxşıdır: yumşaq danışın, işıqları zəiflədin və uşağın rahatlamasına kömək edin. Onun sözlərinə görə, bu, həm uşaqlar, həm də valideynlər üçün rahat bir yuxu təmin edəcək.
QAZİLER.AZ



