Rusiyalı turist Türkiyədə qəfildən komaya düşüb

Rusiyalı turist Türkiyədə qəfildən komaya düşüb backend

Yekaterinburq sakini Türkiyədə virusa yoluxub və vaxtında evinə qayıda bilməyib.

Qaziler.az xəbər verir ki, bu barədə “E1” xəbər verir.

Həyat yoldaşının sözlərinə görə, 49 yaşlı rusiyalı 4 noyabrda xəstəxanaya yerləşdirilib. O, həmin gün evinə uçmalı imiş, lakin hava limanında özünü pis hiss edib.

Kişi yerli xəstəxanaya aparılıb və həkimlər kişinin arvadına iki-üç gün istirahət etməsi lazım olduğunu deyiblər. Daha sonra qadına ərinin süni komaya düşdüyü bildirilib. Həyat yoldaşı onun virusa dənizdə və ya oteldə yoluxa biləcəyini düşünür.

Qadın əlavə edib ki, xəstəyə pnevmoniya diaqnozu qoyulub və orqanizmi zəifləyib. Uzun müddət komada qaldığı üçün artıq turistdə başqa bir infeksiya da yaranıb. Həkimlər ona tibbi yardım göstərməyə davam edirlər.

QAZİLER.AZ