Hansı vəziyyətdə yatmaq zərərsizdir - Nevroloq açıqladı

Hansı vəziyyətdə yatmaq zərərsizdir - Nevroloq açıqladı backend

Rusiyalı nevroloq Sergey Çeblukov hansı yuxu vəziyyətlərinin ən faydalı, hansılarının zərərli olduğunu izah edib.

Qaziler.az bildirir ki, o, Life.ru-ya verdiyi müsahibədə bunların adını çəkdi.

Həkim "qarın vəziyyəti"ni ən zərərli və təhlükəli hesab edib.. O izah edib ki, bu vəziyyətdə yatmaq onurğanın əyilməsinə və daxili orqanlara təzyiq göstərməsinə səbəb olur. Çeblukov həmçinin "döl pozası"nda yatmağı da məsləhət görmür.

O, həmçinin ən uyğun yuxu vəziyyəti nin arxasıüstə yatmaq olduğunu qeyd etdi. "Arxası üstə yatmaq idealdır, çünki onurğa neytral vəziyyətdə qalır, boyun rahatdır və daxili orqanlara heç bir təzyiq olmur", - həkim izah edib.

Bundan əlavə o, sol böyrü üstə yatmağın da faydalı olduğunu deyib.

QAZİLER.AZ