Həkim Natalya Xoxlova bildirib ki, veyplər və elektron siqaretlər adi siqaretlərlə eyni miqdarda kanserogen ehtiva edir.
Qaziler.az xəbər verir ki, “Radio 1”ə verdiyi açıqlamasında həkim gənc kişi və qadınların risk altında olduğunu qeyd edib.
“Elektron siqaretlər və veyplərdən ən çox gənc kişi və qadın istifadə edirlər. Onlar özlərini veyplərin adi siqaret qədər zərərli olmadığı düşüncəsi ilə təsəlli edirlər, amma bu yalandır. Elektron siqaretlərdə adi siqaretlərdən heç də az kanserogen yoxdur”, - Xoxlova deyib.
Həkim qeyd edib ki, yeniyetmələrin veypinq səbəbindən sağlamlıq problemləri yaranarsa, müraciət edəcəkləri yer yoxdur: ixtisaslaşmış mərkəzlər yalnız 18 yaşdan yuxarı xəstələri qəbul edir. O, dəqiq diaqnozun bu məsələdə çox vacib olduğunu düşünür.
QAZİLER.AZ



