Gecə işığı yandırıb yatmaq sağlamlıq üçün təhlükəli imiş

Gecə işığı yandırıb yatmaq sağlamlıq üçün təhlükəli imiş backend

Kardioloq Ehimen Aneni gecələr işığı yandırıb yatmağın infarkta səbəb ola biləcəyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Huffington Post”a verdiyi açıqlamada qeyd edib.

O, işığın simpatik sinir sistemini aktivləşdirdiyini və bunun ürək döyüntüsünü artırdığını izah edib. Həkim əlavə edib ki, bu vərdiş qlükoza səviyyəsində ciddi dalğalanmalara da səbəb olur və diabetə gətirib çıxarır.

“İşığa məruz qalma gecə qlükoza dalğalanmalarını artırır və insulinə həssaslığı azaldır”, - Aneni bildirib.

Bundan əlavə, həkim yuxu zamanı süni işığın digər ürək-damar xəstəliklərinə - qulaqcıqların fibrillyasiyası və ürək çatışmazlığına səbəb ola biləcəyini qeyd edib. O, həmçinin qeyd edib ki, qadınlar kişilərə nisbətən sirkadiyen ritm pozğunluqlarına daha çox həssasdırlar.

QAZİLER.AZ