Kabuslar demensiyanın erkən əlaməti ola bilər: Psixiatr izah edir

Kabuslar demensiyanın erkən əlaməti ola bilər: Psixiatr izah edir backend

Kabuslar demensiyanın başlanğıcını göstərə bilər.

Gecələr xoşagəlməz yuxular və kabuslar demensiyadan əvvəl beyin funksiyasında ilk dəyişiklikləri göstərə bilər. 

Qaziler.az bildirir ki, bu barədə Psixiatr Maria Ştan NEWS.ru-ya deyib. Onun bildirdiyinə görə cür siqnallar çox vaxt diqqətdən kənarda qalır.

"Əlbəttə ki, əgər insan gün ərzində mənfi emosiyalar yaşayırsa, uzun müddətli stresli vəziyyətlərə məruz qalırsa və xüsusilə də TSSB-dən əziyyət çəkirsə, bütün bunlar xoşagəlməz və ya hətta kabuslara səbəb ola bilər", - deyə mütəxəssis paylaşıb.

Ekspert aydınlaşdırdı ki, təkcə kabuslar həmişə ciddi bir xəstəliyi göstərmir. Lakin onların tezliyi və digər simptomlarla kombinasiyası narahatlıq doğurmalıdır.

QAZİLER.AZ