Niyə alış-veriş etmək asılılığı yaranır? - Psixoterapevtin izahı

Niyə alış-veriş etmək asılılığı yaranır? - Psixoterapevtin izahı backend

Ailə psixoterapevti Larisa Nikitina alış-veriş asılılığının stress səbəbindən inkişaf etdiyini vurğulayıb.

Qaziler.az xəbər verir ki, “Pravda.Ru”ya verdiyi açıqlamada o, bunun narahatlığı aradan qaldırmağın müvəqqəti bir yolu olduğunu vurğulayıb.

“İnsan müntəzəm olaraq qazandığından daha çox pul xərclədikdə, bu, xüsusən də şəxsi əməyi ilə qazanılmadığı təqdirdə pulun dəyərini hiss etmədiyini göstərir. Alış-veriş qısamüddətli zövq gətirir, lakin tezliklə günahkarlıq və daxili gərginlik hissləri ilə əvəz olunur”,- deyə Nikitina bildirib.

Psixoterapevt qeyd edib ki, bu şəkildə qapalı bir dairə yaranır. Ona görə o, stressin əsas səbəblərini aradan qaldırmağı tövsiyə edib.

QAZİLER.AZ